Nigeriyanın iki ayrı bölgəsinə silahlı hücum təşkil edilib.

Unikal.org  xəbər verir ki, bu barədə Kaduna əyalətinin daxili təhlükəsizlik  xidmət  rəsmisi  məlumat paylaşıb.  

Bildirilir ki, naməlum silahlı şəxslər əyalətin Kakau və Tsohon Qaya bölgələrinə hücum ediblər. Nəticədə 7 nəfər ölüb, xeyli insan yaralanıb.