İstanbulun Fatih səmtində  5 mərtəbəli binanın zirzəmisində yaşayan Əfqan milliyyətindən olan dostlar arasında bıçaq davası baş verib.

Unikal.org xəbər verir ki, dostlar arasında yaranan  mübahisə  ölümlə nəticələnib. Ətrafdakı insanlar dostları  ayırmağa çalışsalar da, buna nail ola bilməyiblər.  Yaralı əfqanıstanlı xəstəxanaya çatdırılıb.  Lakin onun həyatını  xilas etmək  mümkün olmayıb. 

 Digər əfqan isə polis tərəfindən saxlanılıb.  Faktla bağlı araşdırma aparılır.