60 yaşlı usta skripkaçı və bəstəkar İlyas Tetik evində intihar edib.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, Tetikin oğlu ölüm xəbərini təsdiqləyib.Onun hansı səbəbdən intihar etdiyi açıqlanmayıb.
Qeyd edək ki, usta musiqiçi "İllərim", "Həyatımı yazsam roman olurdu", "Yağışlı bir gündə doğdum anamdan" kimi əsərlərə imza atıb. Sezen Aksu, Orhan Gencebay, İbrahim Tatlıses, Ferdi Tayfur, Ajda Pekkan, Tarkan, Sertab Erener, Levent Yüksel, Özcan Deniz kimi bir çox sənətçi ilə eyni səhnəni bölüşüb.