Rusiya prezidenti Vladimir Putinlə Özbəkistan prezidenti Şavkat Mirziyoyev Əfqanıstandakı durumu müzakirə ediblər.

Unikal.org xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, iki lider telefon danışığında Əfqanıstandakı vəziyyətin gərginləşməsi kontekstində regional məsələlər barədə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, artıq iki aydır Əfqanıstanda vəziyyət gərginləşib. "Taliban" bir sıra qəsəbə və şəhərlərə nəzarəti ələ keçirib. Son günlərdə isə silahlılar daha surətlə iri şəhərlərə doğru irəliləməyə başlayıb.