Rusiyanın Kamçatka bölgəsinin rəhbərliyi yoxa çıxmış "An-26" təyyarəsində olan sərnişinlərin adlarını açıqlayıb.

Unikal.org  xəbər verir ki, siyahıda Aleksandra Andreykina, Olqa Andreykina, Pyotr Ayani, Sergey Boyarşin, Aleksandr Karimulin, Mixail Kudaşkin, Konstantin Laptev, Yevgeni Levitski, Alyona Lisiçkina, Tatyana Mayorova, Olqa Moxireva, Mariya Nesterova, Yevgeni Nesteruk, Yekaterina Ponikarova, Anastasiya Popel, İvan Sivak, Yuri Stolyarov, Yuliya Surovtseva, Artyom Tişçenko, Olqa Ustinova, Alisa Xvaleyeva, Mariya Şirokovanın adları var. Aidiyyəti qurumlar təyyarənin axtarışlarını davam etdirirlər.

***11:38

Xilasedicilər Kamçatkada qəzaya uğrayan An-26 sərnişin təyyarəsinin düşdüyü yeri müəyyənləşdiriblər.

Unikal.org bu barədə “RİA Novosti"yə istinadla xəbər verir.

Təcili yardım xidmətinin nümayəndəsinin sözlərinə görə, Petropavlovskdan Kamçatkanın Palan qəsəbəsinə uçan təyyarənin dənizə düşdüyü ehtimal edilir.

Təyyarənin göyərtəsində 6 ekipaj üzvü, iki uşaq və qəsəbə başçısı Olqa Moxireva da daxil olmaqla 22 sərnişin olub. Qəza ilə bağlı xüsusi komissiya yaradılıb, qaynar xətt işləyir. Hazırda meteoroloji şərtlər axtarış üçün əlverişsizdir.

***09:20

Rusiyada “An-26” markalı sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itib.

Unikal.org xəbər verir ki,  “An-26”nın göyərtəsində biri uşaq olmaqla 22 sərnişin və 6 ekipaj üzvü var. Təyyarə Petropavlovsk-Kamçatka reysi ilə hərəkət edirmiş. O, təyin olunan vaxta əlaqəyə girməyib.

Xilasedicilər “Mi-8” helikopteri vasitəsi ilə axtarış-əməliyyat tədbiri həyata keçirirlər.