Rusiya Prezidenti Vladimir Putin yeni imzaladığı qanuna görə Fransanın Şampan bölgəsində istehsal olunan şampanların Rusiyada "köpüklü şərab" ifadəsi ilə satışa çıxarılması şərtini irəli sürüb.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin təsdiqlədiyi qanuna əsasən yerli məhsullar "şampan", Fransız məhsulları isə "köpüklü şərab" adı ilə satılacaq. Qərara münasibət bildirən Fransız şampan istehsalçısı Moet Hennesi, etiketləri dəyişdirmək üçün şampan ixracını dayandırmaq məcburiyyətində qaldıqlarını açıqlayıb.
Bundan sonra Fransadan Rusiyaya eksport edilən şampan tədarükü dayandırılıb.
Fransız şərabçıları isə bu qərarı "qısqanclıq" olaraq xarakterizə edirlər...
Qeyd edək ki, Rusiya lideri V.Putin, fransızların bütün dünyaya tətbiq etdiyi “şampan ifadəsi yalnız bizimdir, digərləri istifadə edə bilməz” sözünə reaksiya bildirmək üçün bu qanunu təsdiq etdiyi bildirilir.
Fransız şampan istehsalçısı çalışdıqları hər yerdə qüvvədə olan qanunvericiliyə uyğun hərəkət edəcəklərini, bu düzəlişlər edildikdən sonra ən qısa müddətdə ixraca yenidən başlayacaqlarını bildirib.
Ağarza Elçinoğlu