Türkiyənin Seyrantəpədə ərazisində qətl hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Sahil Təhlükəsizlik Komandanlığının 26 yaşlı çavuşu Zeynel Yıldırımın yaşadığı evdə cansız bədəni aşkar edilib. Belə ki, çavuş bir müddət əvvəl 30 yaşlı Gizem E. adlı nişanlısıyla birlikdə yaşamağa başlayıb. Lakin bir evdə yaşadıqdan sonra onlar arasında mübahisə səngimək bilməyib. Qadınla mübahisə edən çavuşun sonu ölümlə nəticələnib. Gizem nişanlısına onun xidməti tapançası ilə 4 dəfə atəş açıb.
Çavuş hadisə yerindəcə həyatıı itirib. 30 yaşlı Gizem E. isə Kağıthane polisi tərəfindən nəzarətə alınıb.
Faktla bağlı araşdırma aparılır.