Türkiyənin 3 vilayətində COVID-19-un “Delta plus” ştammına yoluxma qeydə alınıb.
Unikal.org "NTV”yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, fərqli bölgələrdə yaşayan 3 nəfərdə “Delta plus” ştammı aşkarlanıb. Onun sözlərinə görə, yoluxma hallarından biri İstanbulda qeydə alınıb.
F.Qoca yoluxan şəxslərin vəziyyətinin yaxşı olduğunu bildirib.
"”Delta” ştammına yoluxma sayı artır. "Delta" ştammına yoluxma sayı aşkarlanan vilayətlərin sayı 30-a çatıb. İndiyədək 284 nəfər bu ştamma yoluxub", - deyə nazir əlavə edib.