Biznes İnsayder adlı şəbəkənin mütəxəssisləri gələcəkdə ən çox qazanan 20 peşəni müəyyənləşdiriblər.
Unikal.org xarici KİV-ə istinadən bildirir ki, siyahının əvvəlində politoloqların - siyasətçilərin olması xeyli diqqət çəkib. Belə ki, araşdırmalara əsasən politoloqlar təqribən 124 min dollardan çox maaş ala biləcəklər.
Biznes İnsayder hesab edir ki, texnologiyanın inkişafı ilə əlaqədar ixtisaslar da insan ehtiyaclarından asılı olaraq dəyişir. Əslində keçmişdə "sevimli peşələr" adlandırılan bir çox peşə hazırda tətbiq olunmur. Sözügedən şəbəkədə çalışan mütəxəssislər də peşələrini seçəcək şəxslərə bələdçilik etmək üçün gələcəkdə ən çox qazanan 20 peşəni açıqlayıb. Qeyd edək ki, bu siyahı 2029-cu ilə nəzərən hesablanıb.
Birincisi siyasət adamları olan siyahıda ikinci yeri kimya mühəndisləri tutur. Belə ki, 2029-cu ildə bu peşənin işçi sayı 1400 nəfər olacaq və onların orta illik maaşı 114.820 dollar olacaq.
3. İdarəetmə fəaliyyəti araşdırma təhlilləri - yeni vəzifə sayı 26 100 nəfər olacaq bu peşə sahiblərinin orta illik əmək haqqı 92 min 280 dollar olaraq qiymətləndirilib.
4. Fiziklər - yeni vəzifələrinin sayı 1300 nəfər olacaq həkimlər orta illik əmək haqqı ilə 137.700 dollar maaş alacaqlar.
5. Hidroloqlar - 2029-cu ilə qədər nəzərdə tutulan yeni vəzifələrinin sayı 400, bu peşə sahiblərinin illik orta əmək haqqı isə 90 min 150 dollar olacaq.
Sonrakı yerləri isə bu peşələr tutur:
6. Qida texnoloji mütəxəssisləri;
7. İqtisadiyyat müəllimi;
8. Biomedikal mühəndislər;
9. iqtisadiyyatçilar
10. statistika;
11. epidemioloqlar;
12. kompüter mühəndisləri və məlumat mütəxəssilləri;
13. məktəb sonrasi təhsil məsləhətçiləri;
14. sənətçi və idmançilar üçün məsləhət xidmətləri;
15. arxeoloqlar;
16. məktəb sonrasi fəlsəfə və dini mədəniyyət müəllimləri;
17. maliyyə auditləri;
18. çevrə alimləri və ətraf mühit mütəxəssisləri;
19. memarlar;
20. texniki yazarlar.
Ağarza Elçinoğlu