Türkiyənin Yalova ərazisində yaşayan qadın evinin qapısının gecə saatlarında döyüldüyü barəsində polisə şikayət edib.
Unikal.org xəbər verir ki, Meral Gülseven hər gecə bu hadisənin təkrarlandığını ifadəsində bildirib. Həmçinin, Meral qeyd edib ki, şəxs bir müddət əvvəl özünü kuryer kimi tanıdaraq evə daxil olmaq istəyib. Daha sonra qadın küçədə şəxsin onu izlədiyini də görüb.
Polis bundan sonra əraziyə müşahidə kameraları yerləşdirib. Məlum olub ki, gecə saatlarında gənc oğlan qadının evinə gələrək qapısını döyür. Hətta o, pəncərəyə də dırmaşaraq içəriyə boylanır. Şəxsin bu hərəkəti qadını və qonşularını narahat edib.
Lakin bu gündə eyni hadisə təkrarlanıb. Naməlum gənc 05:40 radələrində pəncərədən boylanaraq, səs salıb. Meral qışqıraraq qonşuya qaçıb. Bu zaman gənc oğlan ərazini tərk edib. Anbaan kameralara əks olunan görüntülərdə naməlum şəxsin hansı məqsədlə bu hərəkəti etdiyi şübhəli qalır.
Polis şəxsin axtarışına başlayıb.