Filippinin cənubundakı Sulu əyalətinə eniş zamanı qəzaya düşən hərbi təyyarənin "qara qutu"su tapılıb. 

Unikal.org xarici  KİV-ə istinadən xəbər verir ki, bu barədə  ordu  rəhbəri  general-mayor Edgard Arevalo məlumat yayıb. 

Xatırladaq ki, iyulun 4-də Filippin HHQ-yə məxsus “C-130 Hercules” təyyarəsi hava limanında eniş edərkən qəzaya uğrayıb. Təyyarədə 96 hərbçi olub.  Ümumilikdə  qəza nəticəsində  51 nəfər   dünyasını  dəyişib.