Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iyulun 7-də Rusiya Federasiyasına işgüzar səfər edəcək.

Unikal.org xəbər verir ki, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında görüş olacaq.

Tərəflərin Rusiya-Ermənistan strateji əməkdaşlığa dair məsələləri, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrası vəziyyətini müzakirə edəcəkləri gözlənilir.