Rumıniyanın cənub-şərqində yerləşən Buzeu rayonunun Vrança seysmik zonasında 4,3 bal gücündə zəlzələ olub.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Yer Fizikası Milli İnstitutu məlumat yayıb.

Yeraltı təkanların ocağı 133 km dərinlikdə yerləşib. İtki və dağıntı barədə məlumat verilməyib.

Qeyd edək ki, Rumıniya seysmoloji cəhətdən həssas bölgədir. Ölkədə davamlı olaraq zəlzələlər baş verir. Son illərdə ən güclü yeraltı təkan 2020-ci il yanvarın 31-də Vrançada qeydə (5,2 bal) alınıb.