Bu gün Rusiyanın Kamçatka bölgəsində qəzaya uğrayan An-26 sərnişin təyyarəsinin qalıqlarının videogörüntüləri yayılıb.
Unikal.org xəbər verir ki, hazırda İstintaq Komitəsi qəzanın bir neçə versiyasını nəzərdən keçirir. Bunlar əlverişsiz hava şəraiti, texniki nasazlıq və ya pilotun səhvidir.
Kamçatka səlahiyyətliləri təyyarənin eniş edərkən məsafənin düzgün hesablanmamasından şübhələnirlər. Kamçatka Aviasiya Müəssisəsinin direktor müavini Sergey Qorb həmin vaxt əsən güclü küləyin təyyarənin qəzasına səbəb ola biləcəyini söyləyib. Onun sözlərinə görə, təyyarə eniş trayektoriyasında olmayan sahil qayasına çırpılıb.