İranda elektrik enerjisi verilişində fasilələr yaranmasına qarşı bir sıra şəhərlərdə etiraz aksiyası keçirilib.

Unikal.org xəbər verir ki, bu məlumatı İSNA agentliyi yayıb. Etirazlar əsasən, Tehran, Gülüstan və Mazandaranda baş tutub.

Qeyd edək ki, son vaxtlar İranda elektrik enerjisi verilişində fasilələr yaranmağa başlayıb. Bəzən fasilələr 5-6 saat davam edir.