Övladının xəstə olduğunu deyən qadın aparıcını pul almaqda ittiham edib. 

Unikal.org-un məlumatına görə, qadın iddia edir ki, aparıcılar Elgiz Əkbər onun efirə çıxa bilməsi üçün 3 min manat tələb edib. O  həmin məbləği ödəyə bilmədiyi üçün  Elgiz Əkbərin verilişinə qəbul etmədiyini, Zaur Baxışəlivlə isə görüşə bilmədiyi dilə gətirib.

O övladının sağlamlığına qovuşması üçün həyat yoldaşı ilə birlikdə orqanlarını satmağa hazır olduğunu da vurğulayır.  

Uşağının əməliyyat olunması üçün 200 min avroya ehtiyac olduğunu söyləyib.   

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.