Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin ildönümüylə bağlı paylaşım edib.

Unikal.org xəbər verir ki, nazir bu barədə Tvitter hesabında yazıb.

"Qardaş Türkiyədə sarsılmaz birliyin və güclü dayanışma ruhunun rəmzi olan 15 Temmuz! Vətən, millət, birlik uğrunda canından keçmiş bütün şəhidlərə Allahdan rəhmət, qazilərə cansağlığı arzulayırıq. Şəhidlər ölməz, Vətən bölünməz!", - XİN rəhbəri bildirib.