Ermənistan parlamentinin spikeri Alen Simonyan ona respublikanın prezidenti vəzifəsi təklif olunub-olunmadığı ilə bağlı suala cavab verib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Simonyan bunu cəfəngiyat adlandırıb: "Mən heç vaxt heç kimlə belə söhbət etməmişəm, bunu düzgün hesab etmirəm. Ermənistanın prezidenti var. Bir vətəndaş olaraq, o, mənim ən sevdiyim və hörmət etdiyim prezidentdir və belə bir söhbət sadəcə cəfəngiyatdır. Belə bir şey heç vaxt müzakirə olunmayıb, eşitməmişəm, heç bir vəzifəli şəxslə danışmamışam. Mətbuatdan öyrənmişəm. Prezident, baş nazirin müavini və ya səfir vəzifələri haqqında müzakirə etməmişəm".
Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan parlament mandatından istefa verib.
Ağarza Elçinoğlu






.jpg)



.jpg)






























.jpg)




