“Ermənistan ordusu İkinci Qarabağ müharibəsində darmadağın olmasının və məğlubiyyətin şokundan tədricən ayılır və yenidən Azərbaycanla sərhəddə müxtəlif hərbi təxribatlar törətməyə başlayır”.
Unikal.org-un xəbərinə görə, bu barədə Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko şəxsi “Telegram” kanalında bəyan edib.
Ekspert Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz erməni silahlı qruplarının da təxribatlar təşkil etməyə başladığını və bunun təsadüf olmadığını vurğulayıb: “Erməni hərbçiləri eyni səhvi təkrarlamağın onlar üçün nə ilə nəticələnəcəyini başa düşürlərmi? Axı niyə yenidən eyni səhvi edəsən? Nə mənası var?”.