Ermənitsanda seçkilərdən sonra siyasi təqiblər artıb.

Unikal.org bildirir ki, erməni KİV-ləri bu gün daha bir merin saxlanılması barədə məlumat yayıb.

"Hüquq mühafizə orqanlarının əməkdaşları Sisian meri Artur Sarkisyanı sorğu-sual üçün dəvət ediblər. Belə ki, Mərkəzi Seçki Komissiyası onu toxunulmazlıqdan məhrum edib. Məlum olub ki, Sarkisyan saxlanılıb",- məqalədə yazılıb.

Qeyd edək ki, iyulun 10-da Ermənistanın Sünik bölgəsinin Kaçaran şəhərinin meri Manvel Paramazyan da iki ay müddətinə həbs edilmişdi.