Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Unikal.org-un xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.