Çinin Henan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, təbii fəlakət nəticəsində səkkiz nəfər itkin düşüb.
Təbii fəlakətin zərər verdiyi ərazidə üç milyondan çox insanın olduğu bildirilir.
17 iyuldan başlayan yağışlar Henan əyalətinin əksər hissəsində hələ də davam edir.
Qeyd edək ki, daha əvvəl daşqınlar səbəbindən 25 nəfərin öldüyü bildirilib.