Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 6,05 faiz qalxıb.

Unikal.org "TASS"a istinadən verdiyi məlumata görə, bitkoinin dəyəri 6,05 faiz qalxaraq 46 000 dollar təşkil edib.

Beləliklə, bitkoinin qiyməti cari ilin may ayından bəri ilk dəfə 46 min dollara yüksəlib.