Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa, İngiltərə və digər ölkələrin Fələstin dövlətinin tanınması istiqamətində atdığı son addımları alqışladığını bildirib.

"Unikal" xəbər verir ki,  Ərdoğan Ankarada çıxışı zamanı Fransa prezidenti Emmanuel Makrona zəng edərək qərarına görə təbrik etdiyini bildirib.

"Biz bu yaxınlarda Avropadan, xüsusən də Fransa və İngiltərədən gələn humanitar cavabı çox dəyərli hesab edirik. Fələstin dövlətinin tanınması istiqamətində atılan hər addımı alqışlayırıq", - Ərdoğan bildirib. O əlavə edib ki, iki dövlətli həll yolunu dəstəkləmək İsrailin siyasətlərinə qarşı ən təsirli mövqe olacaq.