Istanbulun Hadımköy ərazisində gecə saatlarında 3  yeniyetmə qız yaşadıqları evi tərk edib. 

Unikal.org xəbər verir ki, səhəri gün valideynlər qızlarının Koreyaya gedəcəklərini bildirən məktub tapıblar.Onlar qısa zamanda polisə müraciət ediblər. Saatlarla davam edən axtarış nəticəsində Eslem Tuana Yüksel, Efsa Yüksel və Nazar Memiş parkda tapılıblar. 

15, 13 və  11 yaşlı qızlar ailələrinə  təhvil veriliblər. Onlar ifadələrində Koreyaya getmək istədikləri və buna görə evdən qaçdıqlarını dilə gətiriblər. 

Gülayə  Mecid