Çinin cənub-qərbindəki Yunnan əyalətinin səlahiyyətliləri, məşhur köçəri fil sürüsü ilə aralarındakı qarşıdurmanın qarşısını almaq üçün 150 mindən çox sakini təxliyə edib. 

Unikal.org xəbər verir ki, 14 vəhşi Asiya fili sürüsü, təxminən bir il yarım səyahətdən sonra ənənəvi yaşayış yerlərinə geri qayıdır.

Qeyd edilib ki, köçəri filləri izləmək və istiqamətləndirmək üçün 25 mindən çox polis və işçi,  çox sayda nəqliyyat vasitəsi və pilotsuz uçuş aparatının yerləşdirilib. Fillərin köçü zamanı 180 ton qida tədarük edilib.

Tropik meşələrin flaqman növü olan vəhşi Asiya filləri Çində A səviyyəsində dövlət qoruması altındadır. Ətraf mühit və vəhşi təbiətin qorunması qurumlarının səyləri sayəsində onların ölkə ərazisindəki sayı 300-ə çatıb.

Ağarza Elçinoğlu