Rusiya, Özbəkistan və Tacikistanın iştirakı ilə keçirilən hərbi təlimlər başa çatıb.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, artilleriya və aviasiya vasitələrinin də cəlb edildiyi təlimə 2,5 min hərbçi qatılıb.

Təlimlər Əfqanıstan sərhədindən 20 kilometr məsafədə keçirilib. Təlimlərdə əsas məqsəd "Taliban" qüvvələrinin mümkün təxribatlarının qarşısını almaq olub.

Ağarza Elçinoğlu