Rusiyanın Sibir bölgəsində baş verən meşə yanğınları davam edir.

Unikal.org xəbər verir ki, sözügedən şiddətli yanğından qalxan tüstü 3 min kilometr uzaqlıqdakı Şimal qütbünə qədər gedib çatıb.

NASA-nın paylaşımına əsasən, yanğınlar ərazidəki nüvə araşdırma laboratoriyalarını və yüzlərlə evi təhlükə altında qoyub.

Qeyd edək ki, bir neçə həftədir davam edən yanğın təxminən 4 milyon hektar ərazini külə çevirib.

Ağarza Elçinoğlu