Meksikanın Leon şəhərində həvəskar futbol komandalarının oyunu zamanı silahlı insident baş verib. 

Unikal.org xəbər verir ki, atışma nəticəsində 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb. 

Bildirilib ki, təcavüzkarlar maşınla sahənin kənarına gəlib və yaxın məsafədən atəş açıblar.

Faktla bağlı Leon şəhər polisi tərəfindən cinayət işi açılıb. Şübhəlilərin kim olduğu araşdırılır. 

Ağarza Elçinoğlu