ABŞ Prezidenti Co Baydenin rəhbərlik etdiyi administrasiya Suriyada hərbi varlığını saxlamağı planlaşdırır.

Unikal.org xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı Pentaqon rəhbərinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin müavini Dana Stroul deyib.

O qeyd edib ki, Suriyanın şimal-şərqində olan ABŞ qüvvələri orada qalmağa davam edəcək.

Stroul Vaşinqtonun ölkədəki humanitar böhranı həll etmək üçün əlavə tədbirlər görməyi planlaşdırdığını bildirib. Pentaqon rəsmisinin sözlərinə görə, ABŞ artıq suriyalılara humanitar yardım tədarükünü artırıb.