BMT Əfqanıstan tərəfi ilə ölkədəki gərginliyin siyasi yolla həlli istiqamətində danışıqları davam etidirir.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin xüsusi nümayəndəsi Stefan Dyujarrik deyib.
Onun sözlərinə görə, kənd yerlərindəki ağır döyüşlərdən dinc əhali əziyyət çəkir:
"Biz Əfqanıstanda gərginlikdən narahatıq. Bütün hallarda situasiya siyasi yolla nəzarətə alınmalıdır”.