Əlcəzairin 2 şəhərində meşə yanğınları ilə mübarizə və axtarış-xilasetmə işləri aparan 25 hərbçi vəfat edib.

Unikal.org xəbər verir ki, Əlcəzair prezidenti Abdelmacid Tebbun yanğınlar nəticəsində həlak olanların ailələrinə başsağlığı verib. 

Qeyd olunub ki, ölkənin bir neçə əyalətində güclü meşə yanğınları davam edir. Yeddi mülki şəxs fəlakətin qurbanı olub.

İlkin ehtimal kimi qlobal istiləşmə versiyası irəli sürülür. Lakin yangının qəsdən törədilmə ehtimalı da istisna edilmir. 

Yanğınların söndürülməsinə Əlcəzairin digər ordu qüvvələri də cəlb edilib.

Ağarza Elçinoğlu