Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) üzvlərini Talibanın hücumlarına qarşı hər an hazır olmağa çağırıb.

Unikal.org xarici  KİV-ə istinadən xəbər verir ki,  Şoyqu  Əfqanıstanın Özbəkistan və Tacikistanla sərhədinin yaraqlılar tərəfindən idarə olunduğunu vurğulayıb. 

Həmçinin də,  nazir KTMT müttəfiqlərinin Taliban tərəfindən mümkün təxribatlara hazır olması Rusiya üçün də vacib olduğunu  ifadə  edib.  

Gülayə  Mecid