"Toylarla bağlı qadağaları pozan 38 nəfər həbs edilib, 2366 nəfər cərimələnib, 27 nəfər barəsində toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib. 31 nəfər barəsində isə cinayət işi açılıb".

Unikal.org xəbər verir ki, bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"46 899 nəfər isə COVID pasportu olmadığı üçün toy məclislərinə buraxılmayıb. Onlar arasında koronavirus xəstələri də olub".

Murad İbrahimli