Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xaçmaz Rayon Prokurorluğundan Unikal.org-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Rövşən Əsgərbəylinin həmin gün saat 20 radələrində yaşadığı rayonun Qaraqurtlu kəndindəki evində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Əliağa Əsgərbəyliyə bıçaqla çoxsaylı xəsarətlər yetirməsinə, sonra da tüfənglə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

***

11:31

Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin sabiq rəisi Əliağa Əsgərbəyli əmisi tərəfindən bıçaqlanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Xaçmaz rayonunda baş verib. 

Belə ki, əmisi Ə.Əsgərbəylini bıçaqladıqdan sonra intihar edib. Əliağa Əsgərbəyli yaralı halda Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun müalicəsi davam etdirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Əliağa Əsgərbəyli avqust ayının 19-da Siyəzən DYP-nin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı xəbər vermişdik.

Murad İbrahimli