“Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin baş direktoru Beydulla Qarayev mənimsəmədə təqsirləndirilir.
Unikal.org-un əldə etdiyi məlumata görə, ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə və israfetmə) maddəsilə cinayət işi başlanıb.
Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hazırlıq iclası sentyabrın 6-na təyin edilib. İşə hakim Aqil Musayevin sədrliyi ilə baxılacaq.
Murad İbrahimli