Bu gün Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə keçirilməli olan məhkəmənin hazırlıq iclası təxirə salınıb.

Unikal.org xəbər verir ki, növbəti iclas sentyabrın 3-ə təyin olunub. 

Qeyd edək ki, proses bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutmalı idi.