Lənkəranda bıçaqlanma hadisəsi olub.

Unikal.org-un xəbərə görə, hadisə Liman şəhərində baş verib. Belə ki, 1985-ci il təvəllüdlü Aynur Gülağa qızı Mirzəyeva qarın və ürək nahiyəsindən kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı əməliyyat olunaraq, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin törədilməsində qadının həyat yoldaşı şübhəli bilinir. Cinayətin başvermə səbəbi barədə hər hansı məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır. (Report)