Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

Unikal.org-un məlumatına görə, məhkəmənin baxış iclası sentyabr ayının 10-u saat 10:00-a təyin edilib. İş Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin icraatındadır.

Qeyd edək ki, Ceyhun Cəfərov ötən il həbs olunub.

Murad İbrahimli