Qazax rayonunda orta yaşlı kişi bıçaqlanıb.

Unikal.org xəbər verir ki, hadisə Qazax şəhərində qeydə alınıb. Rayon sakini, 1971-ci il təvəllüdlü Amil Qurbanov çoxsaylı bıçaq xəsarəti alıb. O, hadisə yerinə çağrılan təcili tibbi yardım briqadasının maşını ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.