Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə dünya seriyasının üçüncü mərhələsi keçirilib.
Unikal.org xəbər verir ki, güləşçilərimiz yarışda uğurlu çıxış edərək 3 medal qazanıblar.
Oyan Nəzəriani (+90 kq) qızıl, Omid Kamaliağdam (80 kq) və İbrahim Yusubov (90 kq) isə gümüş medal əldə ediblər. Azərbaycan medalların sayına görə 1-ci yeri tutub.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyub. Dünya seriyasının sonuncu - final mərhələsi sentyabrın 23-24-də Rumıniyanın Konstanta şəhərində keçiriləcək.