"Əks-hücum əməliyyatının adına gəlincə, əlbəttə ki, hərbi əməliyyatların əvvəlində onun adı yox idi. “Dəmir yumruq” ifadəsini mən bir neçə dəfə şəhər və kəndlərin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına müraciətimdə istifadə etmişəm. Mən bir neçə dəfə demişəm ki, əgər düşmən işğal olunmuş ərazilərimizdən öz istəyi ilə getməsə, bizim dəmir yumruğumuz onun başını əzəcək. Bu fikirlərim cəmiyyət tərəfindən müsbət qarşılandı və mən əməliyyatın “Dəmir yumruq” adlandırılması qərarına gəldim. Ancaq bu, birdən deyil, hərbi əməliyyatların gedişində baş verdi”.
Unikal.org xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə deyib.