Milli Məclisdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adının əbədiləşdirilməsi təklif edilib.

Unikal.org-un xəbərinə görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı çıxış edib.

Deputat həmçinin Nazirlər Kabinetinin şəhid adının əbədiləşdiriləmsi ilə bağlı qərarına yenidən baxılmasını təklif edib: “Həmin qərarda şəhid adının əbədiləşdirilməsi prosedurlara dəyişiklik edilməlidir”.