Türkiyə vətəndaşı Həsən Rıza Günay 11 ildir çalışdığı işi ilə diqqət çəkib.
Unikal.org xəbər verir ki, uzun müddət işsiz qalan Günay ABŞ-a köçür. O, məşhur aktyor Kemal Sunalın "Şark Bülbülü" filmindən ilhamlanaraq öz biznesini qurmağa başlayıb. Belə ki, stressini atmaq istəyən insanlar Günayın qəbuluna yazılırlar. Əsəbi insanlar tərəfindən döyülərək, pul qazanan Günay Amerikada şəxsi "Stress Coach" markasını yaradıb.
Türk vətəndaşının mətbuata verdiyi açıqlamaya görə, onun qəbuluna yazılanlardan çoxu qadınlardır.