Ukrayna prezidenti Vladimir Zelenski Şotlandiyanın Qlazqo şəhərində keçirilən 26-cı Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransında (COP26) çıxış edib.
Unikal.org xəbər verir ki, Zelenski çıxışı zamanı qlobal istiləşmənin öhdəsindən gəlmək üçün etimadın hər il azaldığı vurğulayaraq,beynəlxalaq razılaşmaların sadəcə sözdə qüvvədə olduğuna diqqət çəkib.
Bununla yanaşı, Zelenski unikal floraya malik Krımın Rusiya hərbi dəniz bazasına çevrildiyini və Donbasın bəzi ərazilərinin minalarla dolduğunu qeyd edərək, bu vəziyyətin bütün dünya üçün təhlükə olduğunu bildirib:
"Donbas və Krım Avropanın mərkəzində iki ekoloji bombaya çevrilib".
Gülayə Mecid