Rusiya son illərin münaqişələrində özünü təsirli və təhlükəli silah kimi göstərən pilotsuz uçuş aparatlarının (PUA) hücumlarını effektiv şəkildə dəf etməyi öyrənib.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin müdafiə sənayesi üzrə keçirdiyi müşavirədə bildirib.
"Bu gün biz pilotsuz təyyarələrin inkişafı haqqında danışacağıq. Onun son illərdə silahlı münaqişələrdə özünü necə sübut etdiyini, nə qədər effektli olduğunu, bizim üçün nə qədər təhlükəli ola biləcəyini yaxşı bilirik.
Suriyada müşahidə etdiklərimizi nəzərdə tuturam, terrorçuların pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar təşkil etdiyini... Biz bu hücumları dəf etməyi öyrənmişik və bunu kifayət qədər effektli edirik", - deyə Rusiya Prezidenti vurğulayıb.