"Taliban"ın nəzarəti ələ keçirdiyi Əfqanıstan iqtisadi böhran səbəbindən çətin günlər yaşayır.
Unikal.org xəbər verir ki, işçilərə gündəlik maaş olaraq pul əvəzinə buğda verildiyi ölkədə ailələrin dolanışığını təmin etmək üçün uşaqlarını pul qarşılığında evləndirməyə başladığı öyrənilib.
Belə ki, 9 yaşlı Pərvanə Malik adlı qız ailəsi tərəfindən pul müqabilində 55 yaşlı kişi ilə evlənməyə məcbur edilib. 2200 dollar qarşılığında evləndirilən Pərvanə yerli mediayaya açıqlama verib. O, evlənəcəyi kişi haqqında, “Qorxuram ki, bu qoca məni öz evində işləməyə məcbur edəcək", - deyə ifadə işlədib.
Azyaşlının evləndirilməsi mətbuatda gündəm yaradıb.