Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladzenin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 2-də Ermənistana 2 günlük rəsmi səfərə gəlib.
Unikal.org xəbər verir ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyan və gürcüstanlı həmkarı təkbətək görüş keçirib. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş baş tutub.
Erməni nazir gürcü həmkarını Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə tanış edib.
Bildirilib ki, onlar beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələləri, həmçinin Ermənistan və Gürcüstanın müdafiə sahəsində əməkdaşlığını müzakirə ediblər.
Ağarza ELçinOğlu