Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 224 nəfər həyatını itirib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 361 533 nəfərdən test götürülüb, onların 29796-nın testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 29 837 nəfəri sağalıb.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 89,38%-nə bir doza, 78,70%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.