İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.
Unikal.org Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Ambon şəhərindən 457 kilometr cənub-şərqdə, ocağı isə 95 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.